Onlara 10 min manat maaş verilsin -

Hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır.

Metbuat.az xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə müzakirələr zamanı deyib.

Deputat Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsinin hakimlərinin parlamentin razılığı ilə Prezident tərəfindən təyin edildiyini bildirib:

“Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.

Millət vəkili təklif edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə baxılsın. Onun fikrincə, əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobili olmalıdır:

“Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

Deputat eyni zamanda hakimiyyət bölgüsü məsələsində şəffaflığın təmin edilməsinin vacibliyini irəli sürərək, icra hakimiyyəti təmsilçisinin məhkəmə hakimiyyətində iştirakçılığına qarşı çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR