Bakıda əvvəllər həbsxanaya salınmış qız yenidən cinayət törətdi - FOTO

Bakıda əvvəllər həbsxanaya salınmış qız yenidən cinayət törətdi - FOTO
15:48 19 Noyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda evlərdən oğurluqlar edən qadın saxlanılıb.

Publika.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mənzillərdən oğurluqlar edən şəxs saxlanılıb. Belə ki, zərərçəkən şəxslərdən biri polisə müraciət edərək bildirib ki, evin giriş qapısının açıq olmasından istifadə edən naməlum şəxs mənzilin dəhlizindəki dolabdan 5350 ABŞ dolları və 500 manat oğurlayaraq hadisə yerindən qaçıb. Bölmə əməkdaşaları qısa zamanda qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Günay Abdullayevanı saxlalayıblar. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Araşdırma zamanı G.Abdullayevanın Binəqədi rayonunda daha bir neçə evdən eyni üsulla, yəni açıq qalmış qapıdan içəri daxil olmaqla oğurluqlar etiyi məlum olub.

Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/296604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR