İrandan Azərbaycana narkotik keçirən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik keçirən şəxs saxlanılıb
11:50 20 Noyabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Daha sonra vətəndaşa məxsus siqaret qutularına baxış keçirilib. Baxış zamanı "Rothmans" markalı siqaret qutusunun içərisində olan siqaretlərdən birində çəkisi 2 qram təşkil edən narkotik vasitə - həşiş, "Winston" markalı siqaret qutusunda olan 4 ədəd siqaret dənələrinin içərisində isə çəkisi 3 qram təşkil edən narkotik vasitə - həşiş və çəkisi 7 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3151360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR