Şəhid adından istifadə etməklə dələduzluq edən şəxs barəsində araşdırmalara başlanıldı

Şəhid adından istifadə etməklə dələduzluq edən şəxs barəsində araşdırmalara başlanıldı
11:37 21 Noyabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməlləri ilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb. 

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

"Onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir", - deyə idarədən qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərinin şəhidi Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/803992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR