Göyçayda 27 Sentyabr - Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunur.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hazırda keçirilən Anım Günü ilə bağlı Göyçay şəhər Şəhidlər Xiyabanında və kənd qəbiristanlığında dəfn olunan şəhidlərin xatirəsi böyük qürur hissi ilə anılır.
44 gün ərzində davam edən Vətən müharibəsi şəhidləri ziyarət edilir. Qəhrəman şəhidlərimizin məzarları önünə gül dəstələri qoyulur, onların ruhlarına dualar oxunur.