“ABŞ Koreyadakı hərbi qüvvələrini çıxarır”

“ABŞ Koreyadakı hərbi qüvvələrini çıxarır”
15:12 21 Noyabr 2019
114 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Koreya yarımadasındakı hərbi qüvvələrin geri çəkəcəyi ilə bağlı mediada yayılan məlumata cavab verib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Pentaqonun açıqlamasında bu informasiyaların həqiqəti əks etdirmədiyi bildirilib.

Pentaqonun mətbuat katibi Conatan Hoffman Cənubi Koreya mediasında yayılan məlumatı belə şərh edib:

"Bu məlumatda həqiqət payı yoxdur. Müdafiə Naziri Mark Esper keçən həftə Cənubi Koreyada idi və bu ölkəyə ABŞ-ın öhdəliklərindən danışdı. Belə xəbərlər təhlükəlidir və bir mənbədən alındığı üçün xətalara yol açır".

Cənubi Koreyada nəşr olunan "İlbo" qəzetində "ABŞ Koreya yarımadasındakı hərbi qüvvələrini çıxarır" başlıqlı məqalə dərc olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR