Azərbaycanda baba 4 yaşlı nəvəsini öldürdü - EHTİYATSIZLIQ

Azərbaycanda baba 4 yaşlı nəvəsini öldürdü - EHTİYATSIZLIQ
13:03 25 Noyabr 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Hadisə noyabrın 24-də rayonun Təzəkənd kəndində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Mirkərim Əmənov fərdi yaşayış yerinin həyətində özünə məxsus olan idarə etdiyi “Mercedes-Benz C 180” markalı avtomobilini arxa istiqamətə hərəkət edən zaman maşının arxa tərəfində olan nəvəsi, 2015-ci il təvəllüdlü Murad Əmənovu ehtiyatsızlıqdan vuraraq öldürüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. (Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/297151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR