Trampdan ermənilərə AĞIR ZƏRBƏ

ABŞ Senatında qondarma erməni soyqırımının rəsmən tanınmasını nəzərdə tutan qanun layihəsinin rədd edilməsində “Ağ ev”in rol olub.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, noyabr ayının 13-də prezident Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra “Ağ ev” sənədin rədd edilməsi üçün hərəkətə keçib. Trampa yaxınlığı ilə bilinən respublikaçı senator Lindsi Qremə qanun layihəsinin əngəlləməsi barədə göstəriş verib.

Nəticədə onun vetosu ilə sənədin səsverməyə çıxarılması əngəllənib.

Qeyd edək ki, qondarma erməni soyqırımının rəsmən tanınmasını nəzərdə tutan qanun layihəsi demokrat Bob Mendez tərəfindən irəli sürülüb. Qaydalara görə, senatorlardan birinin qanun layihəsini veto etməsi onun səsverməyə çıxarılmasını əngəlləyir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR