"Uşaq pulu" bərpa edilir? - Nazirlik RƏSMƏN AÇIQLADI

"Uşaq pulu" bərpa edilir? - Nazirlik RƏSMƏN AÇIQLADI
13:03 26 Noyabr 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda uşaqlara "uşaq pulu"nun verilə bilməsi ilə bağlı təkliflərə münasibət bildirib.

Trend-in məlumatına görə, A.Kərimov bildirib ki, hazırda Azərbaycanda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir: "İl ərzində bunun üçün 494 milyon manat ayrılır. Bu müavinətlər 585 min uşağı əhatə edir".

Nazir müavini əlavə edib ki, təkcə bu il ərzində ölkədə ünvanlı sosial yardımdan 160 min uşaq faydalanıb: "Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. "Uşaq pulu" isə ünvanlılıq prinsipinə tam cavab vermir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/297271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR