Bakı metrosundakı sıxlığın əsas səbəblərindən biri: sən demə, BNA...

Bakı metrosundakı sıxlığın əsas səbəblərindən biri: sən demə, BNA...
16:57 26 Noyabr 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər "Bakı Metropoliteni"ndə qatarların intervalında tez-tez gecikmələr baş verir. Nəticədə stansiyalarda sıxlıq müşahidə edilir ki, bu da sərnişinlərin haqlı narazılığına səbəb olur.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, nəqliyyat ekspertləri mövcud problemin əsəs səbələrindən birinin sərnişin avtobuslarının hərəkət istiqamətinin düzgün seçilməməsi ilə əlaqələndirirlər. Məsələn, metronun "Əhmədli" stansiyasından "Avtovağzal" stansiyasına qədər cəmi 1 avtobus - "7A" nömrəli sərnişin avtobusu hərəkət edir.

Nəzərə alsaq ki, "7B" nömrəli sərnişin avtobusunun isə hərəkət istiqaməti Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədəkdir. O zaman metrodakı sərnişin sıxlığı hələ uzun müddət davam edəcək. Yəni, şəhərin bu başından o biri başına gedib-gələn sərnişinlər məcburi metrodan istifadə edirlər.

Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda avtobusların hərəkət xətlərinin optimallaşdırması işləri gedir:

"Bu çərçivədə mövcud marşrut xətləri, eləcə də prespektiv xətlər təhlil olunur. İndidən nəsə bir fikir demək çətindir. Düşünürəm ki, bu kimi məsələlərə baxılacaq və uyğun qərar veriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/805428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR