Aynur Dadaşova canlı efirdə yıxıldı -

Tanınmış müğənni Aynur Dadaşova canlı efirdə bədbəxt hadisə ilə üzləşib.

Metbuat.az xəbər verir ki, Aynur “Space” TV-nin səhər efirində ifası zamanı gözlənilmədən müvazinətini itirirək, arxası üstdə dekorasiyanın üstünə yıxılıb.

Bu anda onun köməyinə proqramın aparıcısı Almaz Ələsgərli gəlsə də, onu yıxılmaqdan qoruya bilməyib.

Verilişin qonaqları müğənni Niyam Səlami təəccübünü, aktyor-parodiyaçı Məcid Hüseynov isə gülməkdən özünü saxlaya bilməyib.

Canlı efirdə yayımlanan görüntülər isə sosial mediada müzakirə predmetinə çevrilib.

(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR