Rövnəq Abdullayev: "SOCAR mütəmadi olaraq atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır"

Rövnəq Abdullayev: "SOCAR mütəmadi olaraq atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır"
10:57 27 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

İndiyə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisə və təşkilatlarınınbalansında olan 2 000 hektardan artıq ərazir ekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb, Bakı Olimpiya Stadionu, BakıAli Neft Məktəbinin kampusu, Eko park və başqaobyektlər inşa olunub.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda keçirilənBeynəlxalq konfransda SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
"Azərbaycan Respublikasının Milli məlumatlarına əsasən, müstəqilliyin ilk illərində Azərbaycanda istilikeffekti yaradan qazlar xeyli azalıb. Buna səbəb, keçid dövrünü yaşayan ölkəmizdə irisənaye müəssisələrinin işinin dayandırılmasıvə ümumilikdə, ölkə əhalisinin istifadə etdiyiyanacağın miqdarının azalmasıdır.
Lakin 1994-cü ildə “Əsrin müqaviləsi”ninimzalanması ilə ölkədə neft-qazsənayesinin yüksəlişi və istehsalatsahələrinin inkişafı nəticəsində 2000-ci illərdən başlayaraq ölkədə atmosferə atılan istilik effektiyaradan qazların miqdarı da artmağa başladı. Bu tendensiyanın qarşısının alınması məqsədiləenerji səmərəliliyi, enerjiyə qənaət və çoxkarbonlu yanacaq növündən az karbonluyanacağa keçmək kimi tədbirlərin icrasına başlandı. SOCAR olaraq, biz də bu tədbirlərə qoşulanlardan birincisi olduq. SOCAR-ın 2008-ci ildə təsdiq olunmuş “Ekoloji Siyasəti” buistiqamətdə fəaliyyətimizin əsasını təşkil edir", - deyə o, qeyd edib. 
R.Abdullayev həmçinin deyib ki, şirkət neftlə çirklənmiş torpaqların təmizlənməsi vəyaşıllaşdırılması, tullantıların idarə olunması, ekosistemin bərpası və s. istiqamətlər üzrə genişmiqyaslı tədbirlər həyata keçirir: "Qazma, hasilat, emal və neft-kimya proseslərizamanı ətraf mühitin qorunması məsələləri daimdiqqət mərkəzində saxlanılır. Neftlə birlikdə çıxanlay sularının neftlə çirklənməsi nəticəsindəyaranan radioaktivlik və çirklənmə amili aradanqaldırılmış, neft-qazçıxarma müəssisələrində ətrafmühitin əsas çirklənmə mənbələrindən biri olanlay sularının qapalı sistemdə utilizasiyası 100%-ə çatdırılıb. Son zamanlar “Ekoloji Siyasət” sənədimiz çərçivəsində həmintorpaqların bərpası istiqamətində böyük uğurlarəldə edilib".
O məlumat verib ki, SOCAR, həm də Dünya Bankının və BMT-nin “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıraendirilməsi” təşəbbüsünə qoşulmuş ilk şirkətlərdən biridir. Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda bugöstərici 1%, cari ildən isə bu rəqəm 0.9%-ə endirilib. 
"2012-ci ildən atmosferə atılansəmt qazının yığılması ilə bağlı 3 böyük layihəhəyata keçirilib və nəticədə il ərzində 1 milyardkubmetrsəmt qazı yığılaraq istehlak bazarına yönəldilib. SOCAR mütəmadi olaraq birgə müəssisələrindəvə digər əməliyyat şirkətlərində atmosferəatılan qazların ümumi miqdarını nəzarətdə saxlayır və bu məqsədlə müvafiq monitorinqlər keçirir. Əlbəttə ki, neftin-qazın hasilatı SOCAR-ın əsasvəzifəsidir. Amma əmin ola bilərsiniz ki, bizimüçün ətraf mühitin, ekoloji tarazlığın qorunması, torpağın, havanın və dənizin çirklənməsininqarşısının alınması eyni dərəcədə vacibməsələlərdir.
Bu məqsədlə reallaşdırdığımızlayihələrin dayanıqlığı, müvəffəqiyyət qazanmasıSOCAR üçün müstəsna əhəmiyyət kəsb edir", - deyə SOCAR prezidenti əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/atmosfere-atilan-qazlarin-umumi-miqdarini-nezaretde-saxlanilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR