Tramp onları da terror təşkilatı elan edəcək - ŞOK AÇIQLAMA

Tramp onları da terror təşkilatı elan edəcək - ŞOK AÇIQLAMA
11:48 27 Noyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Meksikalı narkotik kartelləri ABŞ-ın terrorçu təşkilatlar siyahısına salınacaq.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

Jurnalist Bill O'Reillyə müsahibə verən prezident son 90 gündür ki, bu məsələ üzərində işlədiyini deyib: “Bilirsiniz, bu məsələ asan deyil. Bəzi proseslərdən keçməliyik və hazırda o prosesin içindəyik”.

Trampın bu sözlərindən sonra Meksika Xarici İşlər Nazirliyi rəsmi açılama verərək ABŞ Dövlət Departamentinin rəsmilərindən məsələyə dair görüş tələb edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/297364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR