KOBİA yanında İctimai Şuranın fəaliyyətindən bir il ötür - FOTO

KOBİA yanında İctimai Şuranın fəaliyyətindən bir il ötür - FOTO
15:47 27 Noyabr 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın bir illik fəaliyyətinə və 2020-ci ildə planlaşdırılan tədbirlərinə dair iclas keçirilib.

Milli.Az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, tədbirdə KOBİA-nın nümayəndələri, Agentlik yanında İctimai Şuraya daxil olan 15 qeyri-hökumət təşkilatı və assosiasiyaların rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iclasın məqsədinin İctimai Şuranın 1 illik fəaliyyətinə dair hesabatı dinləmək, növbəti il üçün şuranın planları barədə müzakirələr aparmaq, İctimai Şuranın KOBİA-dan olan gözləntilərini və təkliflərini öyrənmək olduğunu qeyd edib. İctimai Şuranın 2020-ci ildə Agentliyin fəaliyyəti və dəstək xidmətləri barədə sahibkarların məlumatlandırılmasında və maarifləndirilməsində daha aktiv iştirakının, iqtisadiyyatın müxtəlif sektorlarında sahibkarların qarşılaşdıqları məsələlər və biznes assosasiyaların fəaliyyətinin gücləndirilməsi üçün KOBİA ilə sıx əməkdaşlığının, bu istiqamətdə təklif və təşəbbüslərlə çıxış etməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra KOBİA yanında İctimai Şuranın 1 illik fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. İctimai Şuranın sədri Fərhad Qaraşov bildirib ki, şura 2018-ci ilin noyabrında Agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentlik ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə yaradılıb. Ötən müddətdə İctimai Şuranın təşkilatçılığı ilə təhsil, maliyyə bazarlarına çıxış, tibb, turizm, KOB-ların inkişafında ictimai şuraların rolu mövzularında ictimai müzakirələr keçirilib. Növbəti ictimai müzakirə - gənc sahibkarlar forumu dekabrın 10-da təşkil olunacaq. Belə tədbirlərin effektivliyi nəzərə alınaraq davamlı olaraq təşkil ounması nəzərdə tutulur. Bundan başqa, şura Agentliyin KOB sahəsində qanunvericiliyə dəyişikliklər, sahibkarların maarifləndirilməsinə dair tədbir və layihələrində iştirak edib, Agentliyə bir sıra təkliflər təqdim olunub.

İclasda KOBİA yanında İctimai Şuranın 1 illik fəaliyyəti barədə müzakirələr aparılıb, şura üzvlərinin təklifləri dinlənilib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən narçılıqla məşğul olan fermerlərə və assosiasiyanın fəaliyyətinə göstərdiyi dəstəyə görə "Azərbaycan narı" döş nişanı ilə, İctimai Şuranın üzvləri isə şuranın işində aktiv iştiraklarına görə təşəkkürnamələrlə təltif olunublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/805747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR