Bakı məktəblərində “Bullinq” mövzusunda seminarlar keçirilir (FOTO)

Bakı məktəblərində “Bullinq” mövzusunda seminarlar keçirilir (FOTO)
00:50 28 Noyabr 2019
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəblərdə “Bullinq” mövzusunda seminarlar keçirilir.

BŞTİ-dən Trend-ə verilən məlumata görə, tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), məktəb psixoloqları, uşaq birliyi təşkilatı rəhbərləri, müəllim və şagirdlərin iştirakı ilə keçirilən seminarların əsas məqsədi ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühiti təmin etmək, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Həmçinin təhsil işçiləri və şagirdləri bullinq davranışları ilə tanış etmək, onun qarşısını almaqda müəllimlərə dəstək olmaq da seminarların əsas hədəflərindəndir.

Təhsil Nazirliyi tərəfindən başlanmış “Mənimlə danış” kampaniyası çərçivəsində təşkil olunan seminarlarda ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji və tam təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi və bu istiqamətdə müvafiq işlərin görülməsi barədə geniş məlumatlar verilib.

Məktəblərdə sağlam və səmərəli mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılıb, “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3154748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR