Braziliya Azərbaycanla ticari-iqtisadi əlaqələrin dərinləşməsində maraqlıdır

Braziliya Azərbaycanla ticari-iqtisadi əlaqələrin dərinləşməsində maraqlıdır
19:58 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin yeni təyin olunmuş inkişaf, sənaye və xarici ticarət naziri Armando Monteyro ilə görüşüb.
Səfirlikdən AzərTAc-a bildirilib ki, E.Sultanov Azərbaycanın sürətli iqtisadi inkişafı, milli iqtisadiyyatın şaxələndirilməsində əldə edilən nailiyyətlər, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.
Azərbaycan ilə Braziliya arasında iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini deyən səfir son illərdə ticarət dövriyyəsinin artdığını bildirib və əməkdaşlığın genişlənməsi üçün daha geniş potensialın mövcud olduğunu vurğulayıb.
Nazir A.Monteyro Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlı olduğunu qeyd edib. Braziliyanın Azərbaycanla ticari-iqtisadi əlaqələrinin dərinləşməsində maraqlı olduğunu bildirən nazir birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə xidmət edən konkret təşəbbüslər müzakirə edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR