Məşhur aktrisa sərxoş oldu: “Əlacsızlıqdan, məcburiyyətdən bir ana üçün...”

Məşhur aktrisa sərxoş oldu: “Əlacsızlıqdan, məcburiyyətdən bir ana üçün...”
10:03 29 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

“Sərxoşam xoşbəxtlikdən! Bəzən sürünməkdən, haqsızlıqdan, əlacsızlıqdan, məcburiyyətdən bir ana üçün ən dəyərli varlıqlarını uzun müddət burada qoyub, onların bu gününü, gələcəyini düşünüb bir qərar verərsən. Və öz arzularına müvəqqəti, bəlkə də həmişəlik xətt çəkərsən. Bir istəyin olar, onlar analarının qazandığı çörəyi başlarını dik tutaraq yesinlər”.

Publika.az xəbər verir ki, bu sözləri “Kür Nəğmə” serialında əsas rollardan biri canlandıran və “İkinci Pərdə” filmində canlandırdığı obrazı ilə məşhurluq qazanan aktrisa Günay Əhməd instaqramda yazıb. O, Bakıda üzləşdiyi təzyiqləri və yaşadığı stressi izləyiciləri ilə paylaşıb.

O, Bakıdan köçmək istədiyini, lakin bir xanımın ona dəstək çıxdığını etiraf edib: “Qərar verilib, dekabrın 5-dən sonra Bakıdan köçürsən. Sənin rəğbətin olan xanım tərəfindən zəng gələr. O, əlil uşaqlarla yeni tamaşa qurur. Səndən də o tamaşada bir obrazı canlandırmağı xahiş edir. Sən də canla-başla razılaşırsan. Amma öncədən yarı yolda qoymamaq üçün deyirsən ki, ayın 5-dən sonra burada olmayacam. O da deyir ki, 5-nə kimi təhvil veriləcək. Sevgi və sevinclə məşqlərə qatılırsan. Çox gözəl ürəyə sahib olan insanlar tanıyırsan. Bu tamaşa bəlkə də həyatında son tamaşa olacaq deyə... Nə isə... Və bir gün o xanım rejissor səndən hara və niyə getdiyinin səbəbini soruşur. Birinci danışmaq istəmirsən, nə olsun ki, xanım səndə güvən hissi yaradıb. Axı sən heç kəsə güvənmirsən. Amma içində kimsə deyir ki, ona inan, de, ona hər şeyi olduğu kimi danış. Və o, səni dinləyəcək. O gündən ruhunun fonundakı musiqi dəyişər. Səni şən, sevgi dolu musiqi müşayiət edər. İnanmazsan, sevinməyə qorxarsan ki, sevincin gözündə qalar... Amma yuxu deyilmiş, gerçək imiş. İlahi mənim həyatımda günəşmi çıxdı? Bəli, Günayım çıxdı.

Bilirsiniz, məktəbdə pis oxumuşam, indi nöqtə-vergülü səhv yerdə qoya bilərəm. Həyat elə dərslər verib ki, orada çox vaxt iki almışam. Amma artıq beş almaq istəyirəm. Rəbbimə inanıram ki, o bu ləyaqətli insanları qarşıma boşuna çıxartmayıb. Adları çəkməyəcəm, onları xərcləməyəcəm. Ruhumda, qəlbimdə yaşasınlar istəyirəm. Allah mənə güc versin ki, onların inamını, güvənini heç vaxt qırmayım”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/297562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR