Prezident Administrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi və Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbəsi əsasında yeni struktur yaradılıb.

Metbuat.az
məlumatına görə, bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.

Yeni yaradılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadı məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov təyin edilib.