PA-nın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi ləğv olunub

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi və Humanitar siyasət məsələləri şöbəsinin əsasında yeni Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsi yaradılıb.

Metbuat.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.

Sərəncamla Fərəh Əliyeva Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR