PA-da Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi əsasında iki şöbə yaradılıb

Prezident Administrasiyasında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi əsasında iki yeni şöbə yaradılıb.

Metbuat.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.

Bu şöbənin əsasında Hüquqi ekspertiza şöbəsi və Qanunvericilik və hüquqi siyasət şöbəsi yaradılıb. Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev təyin edilib. Qanunvericilik və hüquqi siyasət şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR