London körpüsünə edilən hücumda yaralanan 5 nəfərdən 2-si ölüb - FOTO

London körpüsünə edilən hücumda yaralanan 5 nəfərdən 2-si ölüb - FOTO
07:17 30 Noyabr 2019
130 Dünya
Ölkə mətbuatı
A- A+

London körpüsündə törədilən terror aktı zamanı yaralanan iki nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə silahlı polislər gəlib, körpü bağlanıb.

Britaniya polisi bir neçə nəfərin yaralanması ilə nəticələnən insidenti törədən şübhəli şəxsə hadisə yerində atəş açıb. 

Polis şübhəlinin öldüyünü təsdiqləyib. 

Xəbərə görə, bıçaqlanma terror hadisəsi kimi qiymətləndirilib. Polis şübhəlinin üzərində saxta partlayıcı cihaz olduğunu bildirib. 

Qeyd edək ki, hadisə şahidlərinin sosial mediada paylaşımlarında şübhəlinin polis gələnədək ətrafdakı vətəndaşlar tərəfindən mühasirəyə alındığı görünür. Hətta vətəndaşlardan biri şübhəlinin əlindəki iri bıçağı almağa müvəffəq olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/806501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR