Ötən gün baş verən qəzalarda 7 nəfər ölüb - RƏSMİ

Ötən gün baş verən qəzalarda 7 nəfər ölüb - RƏSMİ
15:42 30 Noyabr 2019
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 29 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.  Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/806600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR