Qar, intensiv yağış, duman - SABAHIN HAVASI

Qar, intensiv yağış, duman - SABAHIN HAVASI
13:38 1 Dekabr 2019
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 9-12° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa enəcək.

Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/297780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR