SOCAR-a yeni vitse-prezident təyin edilib

SOCAR-a yeni vitse-prezident təyin edilib
10:08 3 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin olunub.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

“Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə hələ təyinat olmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3157815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR