Zəhərlənən tələbələrin

Bakı Dövlət Universitetinin gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) xəstəxanaya yerləşdirilən iki tələbəsinin kimliyi məlum olub.

Metbuat.az-ın məlumatına görə, Kliniki Tibbi Mərkəzə yerləşdirilən tələbələr - 1999-cu il təvəllüdlü Ramazanova Məryəm Feyzulla qızı və 1999-cu il təvəllüdlü Məmmədova Aygün Xəlil qızıdır. Hər iki tələbə axşam kirayə yaşadıqları evdə yeməkdən sonra özlərini pis hiss edib. Məlumata görə, tələbələrdən biri "Hot dog", digəri isə "peraşki" yeyib. Özlərini pis hiss edən tələbələr təcili yardıma müraciət ediblər.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, tələbələr qastrentologiya şöbəsinə yerləşdiriliblər: "Tələbələrdə zəhərlənmə aşkarlanmayıb. Onlar mədə-bağırsaq pozuntusu ilə xəstəxanaya gətirilib və onlara "kəskin qastrentit" diaqnozu qoyulub. Hər iki xəstənin vəziyyəti normaldır". (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR