Sumqayıtda dəniz kənarında kişi meyiti tapılıb.

Metbuat.az-ın məlumatına görə, bu gün səhər dənizkənarında kişi meyitinin aşkarlanması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Aparılan araşdırmalar zamanı meyiti tapılan şəxsin şəhər sakini, 1996-cı il təvəllüdlü Ağayev Nicat Adil oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.