Deputat Yevda Abramovdan

“Atam hazırda reanimasiyadadır. Səhhətində yaxşılığa doğru cüzi irəliləyiş var”.

Metbuat.az xəbər verir ki, bunu açıqlamasında səhhətində problemlər yaranan Milli Məclisin deputatı Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

“Həkimlərin sözlərinə görə, ola bilər hər şey yaxşı olsun və yenidən palataya köçürülsün”, - deputatın qızı bildirib.

Qeyd edək ki, yəhudi əsilli Y.Abramov 1948-ci ildə Qubanın Qırmızı Qəsəbəsində anadan olub. O, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir.

Bir neçə ildir səhhətində problemlər olan deputatın müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxanada davam etdirilir. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR