Polislərlə dalaşıb, maşınını aşırdılar -

Rusiyanın Çita şəhərində içkili olduqları iddia edilən 11 nəfər kafedə dava ediblər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, digər müştəriləri narahat etmələri səbəbi ilə edilən şikayətdən sonra kafeyə gələn polislə də dalaşan qrup kafenin qarşısındaki polis maşınını aşırıb. Hadisə yerindən qaçan şəxsləri saxlamaq üçün axtarış başlanılıb. Axtarış nəticəsində polis maşınını aşıranlar saxlanılıb.

Polis maşının aşması anları yol kameraları ilə lentə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR