Azərbaycanda hotellərin sayı kifayət qədər deyil

Azərbaycanda hotellərin sayı kifayət qədər deyil
19:12 4 Dekabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda hotellərin sayı kifayət qədər deyil. Yaxın illərdə ölkəyə gələn turistlərin sayı artacaq. Buna görə də hotellərin sayı çox olmalıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Assosiasiyanın prezidenti Martin Kleinmann bildirib.

Onun sözlərinə görə, Bakıda 4 və 5 ulduzlu hotellərin sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə daha çoxdur.

M.Kleinmann hesab edir ki, turistlərin öz büdcələrinə uyğun mehmanxanalara yerləşə bilməsi üçün bu sahəni tənzimləmək vacibdir.

M.Kleinmann Azərbaycan hökumətinin regionların inkişafına, onların infrastrukturunun qurulmasına böyük dəstək göstərdiyini söyləyib.

Onun fikrincə, hotellərin infrastrukturunun qurulmasına da dəstək göstərilməlidir. Bu dəstək olarsa, regionlardakı müxtəlif ulduzlu hotellərin tikilməsi məsələsi də tənzimlənəcək.

M.Kleinmann Azərbaycanın dağlıq ərazilərində də hotellərin tikilməsini çox vacib sayıb: "Artıq bəzi ərazilərdə bir neçə hotel var. Onlar əsasən xizək sürən turistlər üçün nəzərdə tutulub və mövsümüdür. Bizim fikrimiz budur ki, bu cür hotelləri mövsümü etməyək, onları bütün il ərzində turistləri qəbul edə bilən məkana çevirək. Azərbaycanın elə gözəl əraziləri var ki, ora demək olar ayaq basılmayıb, araşdırılmayıb. Belə məkanlar da turistlərə maraqlı olur. Buna görə də dağlıq ərazilərdə hotellərin tikilməsi nəzərdən keçirilməlidir. Lakin bəzi ölkələrin təcrübələrinə əsasən deyə bilərik ki, hər hansı təhlükənin yaranmaması üçün belə ərazilərdə tikinti yerləri düzgün seçilməli, təbiətə ziyan vurulmamalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/807745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR