[ 18 May 2015 16:32 ]



Bakı. Mәlahәt Nәcәfova - APA. “Dini ekstremizmә qarşı mübarizә aparmaq üçün biz ortaq ictimai bir dil yaratmalıyıq”.

APA-nın mәlumatına görә, bu sözlәri Sülh Naminә Dinlәr Birliyinin baş katibi Vilyam Vendley III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çәrçivәsindә “Zorakı ekstremizmә qarşı mübarizә” sessiyasında çıxışı zamanı deyib.

V. Vendley bildirib ki, gәnclәri ekstremist qruplardan kәnarlaşdırmaq üçün yeni üsullar tapılır, humanitar yardımlar göstәrilir: “Biz istәrdik ki, gәnclәr cәmiyyәtlәrindә dәyişikliklәrin təmsilçisinə çevrilsinlәr. Biz hamımız din mәnasında zәifik. Biz hәr an bu vә ya digәr digәr dini qruplaşmanın tәsirinә mәruz qala bilәrik. Ona görә tәhsilin vacibliyini qeyd edirik. Çәtin vәziyyәtdә yaşayan, böyük fәlakәtlәrdәn çıxan gәnclәr mәhz bu tәsirlәrә mәruz qalır. Dini icmaların nümayәndәlәrini bir araya gәtirmәliyik. Tәhlillәr göstәrir ki, güclü dini liderlәrlә daha güclü iş apara bilәrik. Belә olan halda onların birgә işinin faydası daha çox ola bilәr. Nә qәdәr bir-birimizә yardım etsәk, o qәdәr faydalı olar”.