Gürcüstanda yaşayan azərbaycanlılara ŞAD XƏBƏR: bundan sonra...

Gürcüstanda yaşayan azərbaycanlılara ŞAD XƏBƏR: bundan sonra...
12:38 6 Dekabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan hökuməti Gürcüstan vətəndaşları olan azərbaycanlıların Azərbaycanın ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil almaları üçün kvota ayırıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-2021-ci tədris ilindən etibarən Gürcüstan vətəndaşları olan azərbaycanlılar Azərbaycanın ali məktəblərində ödənişsiz təhsil alacaqlar və onlara təqaüd veriləcək: “Artıq Azərbaycan hökuməti tərəfindən kvota müəyyənləşdirilib. Bununla bağlı və eyni zamanda, sonradan həmin pedoqoqların Gürcüstandakı azərbaycandilli məktəblərdə işlə təmin olunmaları məsələsinin həlli üçün Azərbaycan və Gürcüstanın Təhsil nazirlikləri arasında danışıqlar planlaşdırılır. Növbəti təris ili üçün bu kvotanın doldurulması ilə bağlı mexanizmlər müəyyənləşdiriləcək”. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/298309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR