Yunanistan Liviya səfirinə ölkədən çıxmaq üçün vaxt qoydu:

Türkiyə ilə Liviya arasında iqtisadi zonaya dair imzalanan müqavilə Yunanıstan ilə Liviya arasında böhrana səbəb olub.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Yunanıstan Xarici İşlər naziri Nikos Dendiyas Liviya səfiri Məhəmməd Yunis Əbu Mənfidən 72 saat içində ölkəni tərk etməsini istəyib.

Mətbuat konfransında danışan Dendiyas Türkiyə ilə Liviya arasında imzalanan müqavilənin beynəlxalq hüququ pozduğunu iddia edib.

Qeyd edək ki, Yunanıstan 1 həftə öncə müqavilə mətninin Afinaya göndərilməsini tələb etmiş, əks halda səfirin ölkədən çıxarılacağını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR