Gəncə, 18 may, AZƏRTAC
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Azərbaycan Texnologiya Universitetində (ATU) seminar keçirib.
AZƏRTAC xəbər verir ki, seminarda xidmətin rəis müavini Araz Əliyev çıxış edərək istehlakçıların hüquqlarının qorunması və mövcud qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra istehlakçıların alğı-satqı zamanı qanunvericilikdə nəzərdə tutulan hüquqları, qarşı tərəflə münasibətlər pozulduğu halda atılacaq addımlar barədə ətraflı məlumat verilib.
Seminarda iştirakçıların sualları cavablandırılıb.