Nisə Qasımova təmiri bitməyən villasından danışdı: "Haram..."

Nisə Qasımova təmiri bitməyən villasından danışdı: "Haram..."
17:08 8 Dekabr 2019
395 Şou
Ölkə mətbuatı
A- A+

Uzun zamandır efirlərdən uzaq gəzən Xalq artisti Nisə Qasımova ATV-də yayımlanan “Ulduzlu yayım” şou proqramında villasından bəhs edib.

Sözügedən verilişdə qonaq olan N.Qasımova 1994-cü ildən təmirinə başladığı malikanəsini bu günə kimi təmir etdirdiyini bildirib:

“Villam Xızı rayonunun Altıağac kəndində yerləşir. Hərdən gedib evimə baş çəkirəm. Malikanəmin divarlarına, daşlarına, pilləkəninə əlimi çəkirəm, gözlərim dolur. Baxıb deyirəm ki, bir zərrə də olsun, sizdə haram yoxdur. Evin nə torpağında, nə də divar kağızında haram deyilən şey yoxdur. Bu gündən sonra mənim övladlarım o evdə yaşamaq istəsələr, o divarlardan ancaq paklıq, saflıq və halallıq qoxusu gələcək”. (oxu.az)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/298496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR