Keniyada dünən səhər saatlarında çökən binada xilasetmə işləri davam etdirilir.

Publika.az xəbər verir ki, 6 mərtəbəli binanın qalıqları altından 2 nəfər çıxarılıb.

Əməliyyat başlayandan 35 nəfər xilas edilib. 7 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.

İlkin məlumata görə, hadisəyə səbəb binanın keyfiyyətsiz tikilməsidir.