Polşa ilə Ukrayna arasında qaz hasilatına dair saziş imzalanıb

Polşa ilə Ukrayna arasında qaz hasilatına dair saziş imzalanıb
16:37 9 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Polşanın PGNİG dövlət neft-qaz şirkəti ilə Ukraynanın ERU (Ukrayna Enerji Ehtiyatları – Energy Resources of Ukraine) şirkəti arasında iki ölkə arasındakı sərhəd bölgəsində yerləşən "Przemısl" qaz yatağının Ukrayna tərəfində kəşfiyyat və istismar fəaliyyətlərində əməkdaşlığa dair saziş imzalanıb.
“Report” “MarketScreener”ə istinadən xəbər verir ki, bu barədə PGNİG rəhbəri Piotr Vozniak bildirib. O, hasil ediləcək qazın bir hissəsini Polşaya ixrac etmək istədiklərini qeyd edib.
“Bu müqavilə bizi regionun qaz bazarında fəal oyunçuya çevirəcək, habelə Polşanın və başqa ölkələrin təhlükəsizliyinə töhfə olacaq”,- deyə Polşa Prezidentinin köməkçisi Krzıştof Şçerski sazişə həsr olunan mətbuat konfransında bildirib.
Qeyd edək ki, uzun müddətdir istismar olunan "Przemısl" yatağının ehtiyatlarının 80 faizi tükəndiyinə görə tərəflər daha çox qonşu ərazilərdə kəşfiyyat aparmaq niyyətindədirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/polsa-ile-ukrayna-arasinda-qaz-hasilatina-dair-sazis-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR