Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfər edəcək.

Metbuat.az Latviyanın Azərbaycandakı səfirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, E.Məmmədyarov adıçəkilən ölkəyə dekabrın 12-13-də səfər edəcək.

Səfər zamanı o, Latviyanın prezidenti, xarici işlər naziri, Seym (Latviya parlamenti) sədri və ölkənin müdafiə naziri ilə görüşəcək.