Kambocada turist avtobusu yük maşını ilə toqquşub, 20 nəfər həlak olub
Paylaş
·47 baxış·1 dəq oxu
Bakı. 19 may. REPORT.AZ/ Mayın 19-da Kambocada baş verən yol-nəqliyyat hadisəsində ən az 20 nəfər həlak olub. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 5 nəfər çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlumata əsasən, Vyetnamdan Pnompenə gedən avtobus Svayrenq əyalətində yük maşını ilə toqquşub. Turistlərin milliyyəti hazırda dəqiqləşdirilir.