Bakıda kirayə evlər sürətlə bahalaşır

Bakıda kirayə evlər sürətlə bahalaşır
18:23 14 Dekabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ötən ay torpağın qiyməti azalıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, noyabr ayı ərzində torpaq bazarında 0.14 azalma müşahidə olunub.

Ekspertin sözlərinə görə, fərdi yaşayış və bağ evlərinin qiymətində də 0.91 faiz, kommersiya obyektlərinin qiymətində 0.69 faiz azalma qeydə alınıb.

Lakin ötən ay kirayə mənzil bazarında 2.4 faiz artım olub, obyektlərin icarəsi bazarında isə artım 6.21 faiz təşkil edib. Ötən ay ərzində ümumən daşınmaz əmlak bazarında 0.11 qiymət azalması olub.

N.İbrahimovun sözlərinə görə, ötən ay ərzində qiymətlərdə azalma mövsümi xarakter daşıyıb. O qeyd edib ki, noyabr ayı yağmurlu və tikinti üçün qənaətbəxş ay olmayıb və bu da qiymət azalmasına təsir göstərib. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/299053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR