Polisdən peşəkar əməliyyat: daha bir oğru tutuldu

Polisdən peşəkar əməliyyat: daha bir oğru tutuldu
18:32 14 Dekabr 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğurluqda şübhəli bilinən Elnur Quliyev saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, Xaçmaz rayonu Mirzəmməd kənd sakini H.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək evindən 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elnur Quliyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evdə heç kimin olmadığı vaxtda evə daxil olduğunu və zərərçəkmişə məxsus qızıl-zinət əşyaları oğurladığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yeni Həyat qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Ramin Qoçadze olduğu müəyyən edilib.

R.Qoçadze əvvəllərdə müxtəlif rayonlarda silsilə oğurluqlar etdiyinə görə dəfələrlə məhkum olunub.

Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/810546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR