Türkiyədə Əbubəkr əl-Bağdadinin yaxın adamı tutulub

Türkiyənin Osmaniyyə vilayətində keçirilmiş əməliyyat nəticəsində İŞİD üzvü olan 6 nəfər tutulub.

Metbuat.az-ın “Hürriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, tutulanların arasında terror aktları ilə bağlı tapşırıqları birbaşa İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadidən alan Hüseyn əl-Həsən də var.

Terrorçular özlərini suriyalı qaçqın kimi təqdim edərək Türkiyədə yaşayıblar.

Əməliyyat zamanı terrorçulara məxsus mobil telefon, komputer və bir sıra sənədlər götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR