ABŞ Rusiyadan dizel yanacağının alınmasını Ukrayna münaqişəsinin dayandırılmasına təşviq vasitəsi kimi nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt CNBC-yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, dizel ticarəti Moskvanı müharibəni dayandırmağa və ya onun miqyasını azaltmağa təşviq etmək məqsədi daşıyır. O, bu addımı Rusiyaya iqtisadi fayda vəd edən bir vasitə kimi xarakterizə edib.

Rayt eyni zamanda Rusiyanın hazırda böyük həcmdə dizel ixrac etmək imkanlarının məhdud olduğunu bildirib. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların yumşaldılması müvəqqəti xarakter daşıyır və yalnız dizel yanacağına aiddir.