İsraildə seçkilərdə iştirak səviyyəsi saat 20:00-a olan məlumata görə 74,3% təşkil edib. Bəzi şəhər və qəsəbələrdə bu göstərici 80%-ə yaxınlaşıb.

Metbuat.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, kiçik qəsəbə olan Bat Hendə səsvermə hüququ olan şəxslərin 97,9%-i seçkiyə qatılıb. Burada ümumilikdə 423 səs verilib.

Böyük yaşayış məntəqələri arasında Rosh Haayində seçici fəallığı 79%, Rəhətdə 79,8%, Modi'in İllitdə isə 77,3% olub.

Ölkənin iri şəhərlərində göstəricilər daha aşağı qeydə alınıb. Təl-Əvivdə seçici fəallığı 63,6%, Qüdsdə 62%, Hayfada isə 59,8% təşkil edib.