Suriyanın şimalındakı “Xalq Qoruma Dəstəsi”-nin nəzarətində olan Al Hol düşərgəsindəki İŞİD-çilərin ailələrinin və uşaqlarının Avropadan evlərinə qaytarılması ilə bağlı müzakirələr davam etdirilir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiyanın 34 yaşlı yeni baş nazir Sanna Marinin rəhbərliyi ilə yaradılan koalisiyada Mərkəzi Partiya uşaqların gətirilməsini dəstəkləyib.

Nazir özü də İŞİD-çi Finlandiyalıların uşaqlarının ən qısa zamanda geri gətirməyə çalışacaklarını açıqlayıb. Ancaq Marinin bu çıxışı digər qrupların narazılığına səbəb olub.