Siqnal verdiyi üçün qadın həkimi yolun ortasında döydülər -

Hadisə İstanbulda baş verib. Park halında olan avtomobilə arxadan siqnal verən qadın avtomobilin sürücüsü tərəfindən yol ortasında vəhşicəsinə döyülüb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, ətrafdakı sürücülər hadisəyə müdaxilə ediblər. Kamera görüntülərinin köməyi ilə həmin sürücü saxlanılıb. Döyülən qadın şikayətçi olduğu üçün sürücü həbs edilib.

Həmin hadisənin görüntüsünü təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR