Ağstafanın icra başçısının ardınca Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun da Dövlət Təhlükəsizli Xidməti (DTX) tərəfindən saxlanılması ictimaiyyət arasında icra başçıları haqqında mənfi rəyi gücləndirib.

DTX-ın yaydığı məlumatda korrupsiyaya görə həbs olunduğu vurğulanan Qoca Səmədov da dövlət təltifinə malik imiş.

Metbuat.az modern.az-a istinadən bildirir ki, həbs olunan eks-icra başçısı 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunubmuş.

Qoca Səmədov 18 fevral 2011-ci il tarixindən 31 oktyabr 2019-cu il tarixinə kimi Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsində çalışıb.
O da 2004-cü ildən hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.