Polis sevgilisini öldürəndən sonra intihar etdi

Polis sevgilisini öldürəndən sonra intihar etdi
13:27 20 Dekabr 2019
83 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İzmir şəhərində bir evdə polis və qadın ölü vəziyyətdə tapıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Çiğli rayonunda polis işləyən F. Y. işə gəlmədiyinə görə iş yoldaşları onun evinə gedib.

Evində də polisi tapmadıqlarına görə onun sevgilisi S.Y.-nin evinə yollanıblar.

Bu zaman onlar qızın evində onun və polisin yerdə olan cəsədləri ilə rastlaşıblar.

İlkin ehtimala görə, əvvəl sevgilisini güllə ilə vuran polis sonra intihar edib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/811957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR