Bakıda kütləvi dava:

Bakıda kütləvi dava baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, dava zamanı 1989-ci il təvəllüdlü Vəliyev Əli Cəmil oğlu, 1991-ci il təvəllüdlü Xəlilzadə Murad Məzahir oğlu və 1984-cü il təvəllüdlü Rzayev Vüsal Zöhrab oğlu bıçaqlanıb.

Onlar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra Ə. Vəliyevə ciyər nahiyəsinə bıçaq yarası, M. Xəlilzadəyə sağ döş qəfəsinin deşilmiş yarası, V. Rzayevə isə sağ bud nahiyəsindən bıçaq yarası diaqnozu qoyulub.(report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR