Kişilər mütləq balqabaq tumu yesin - DİQQƏT

Kişilər mütləq balqabaq tumu yesin -  DİQQƏT
21:27 24 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Balqabaq çox zəngin mineral tərkibə malik olan C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri özündə cəmləyir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, balqabağın özü ilə yanaşı tumları da çox faydalıdır. Bu tumlar sinklə zəngindir.

Bu dəfə balqabaq tumlarının faydalarını təqdim edirik:

- Sink kişilərin cinsiyyət funksiyasına çox müsbət təsir edir, potensiyanı gücləndirir, spermatogenezə müsbət təsir edir.

- antihelmint (qurdları öldürən) təsirinə malikdir. Bu xüsusilə uşaqlar üçün vacibdir. Hər gün uşağa 1 ovuc (uşaq ovucu) təmizlənmiş balqabaq tumları vermək olar.

- Balqabaq tumlarının tərkibində güclü antioksidantlar olan A və E vitaminləri var. Bu vitaminlər orqanizmdə gedən qocalma prosesləri ləngidir və bu səbəbdən onları "cavanlıq vitaminləri" adlandırırlar.

-Balqabaq tumları pis xolesterinin səviyyəsini aşağı salır.

- Balqabaq tumları həzmə kömək edir, köpü azaldır.

- Balqabaq tumları artrit, sidik kisəsi və sidik yolları xəstəlikləri zamanı xeyirlidir.

- Tumlar mübadilə proseslərinə müsbət təsir edir, orqanizmdən ziyanlı maddələri xaric edir.

- Balqabq tumları damarları möhkəmləndirir.

- Hamiləlik zamanı balqabaq tumları ürəkbulanmasını azaldır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR