Ekspert: “Azərbaycan vətəndaşın maddi maraqlarına uyğun qazla təminatı siyasəti yürüdür"

Ekspert: “Azərbaycan vətəndaşın maddi maraqlarına uyğun qazla təminatı siyasəti yürüdür"
09:27 25 Dekabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan MDB məkanında, ümumiyyətlə regionda yeganə ölkələrdəndir ki, qazlaşdırma səviyyəsi 90%-dən yuxarıdır. Bu, çox mühüm göstəricidir”.
Bunu “Report”a iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.
“Dünyanın bir çox ölkəsində, hətta çox uzağa getməsək, Türkiyəyə baxsaq, bu ölkədə ucqar kəndlərlə yanaşı, bir çox kəndlərdə də qazlaşdırma səviyyəsi yox dərəcəsindədir. Amma Azərbaycanda bu iş çox yüksək səviyyədə təşkil olunub”.
Ekspert xatırladıb ki, Sovet dövründə də bu sahədə müəyyən işlər görülmüşdü, ənənə var idi. “Amma heç təsəvvür etmək və proqnozlaşdırmaq mümkün olmazdı ki, müstəqillikdən sonra da bu siyasət davam etdirilsin və daha geniş xarakter alsın. Bu mənada dövlət başçısına minnətdar olmalıyıq. O, 16 il ərzində həyata keçirdiyi siyasətdə əhalinin, vətəndaşların enerji resursları ilə təmin olunması məsələlərinə çox diqqət yetirib.Vətəndaşın maddi təminatı onun siyasətinin əsas prinsiplərindən birini təşkil etməkdədir və edəcək də. Bu siyasətin nəticəsidir ki, 90-95% regionların qazlaşdırma səviyyəsi yüksək səviyyədədir”,- o əlavə edib.

Pərviz Heydərov

İqtisadçı ekspert Pərviz Heydərov:

"Azərbaycan qazı həm xaricə satmaq üçün geniş layihələr həyata keçirir, həm də daxildə vətəndaşın daha yaxşı, onun mənafeyinə, maddi maraqlarına uyğun şəkildə “mavi yanacaq”la təmin edilməsi siyasəti yürüdür".
Ekspert, həmçinin Azərbaycanın qaz ixracı siyasətindən də danışaraq bildirib ki, bu istiqamətdə də mühüm addımlar atılır: “Bu ilin ən mühüm hadisələrindən biri Azərbaycanın təşəbbüskarı, ideya müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TANAP-ın Avropaya birləşən hissəsinin tamamlanması oldu. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizinin sonuncu həlqəsi olan TAP da istifadəyə verildikdən sonra gələn ildən Avropaya qaz ixracına başlayacağıq. Azərbaycan indiyədək neft ökəsi kimi tanınırdısa, bundan sonra həm də qaz ixrac edən ölkəsi kimi tanınacaq. İndi Avropa bizdən onlar üçün yaratdığımız bu misilsiz, analoqsuz fürsətdən artıq dərəcədə istifadə etmək niyyətindədir. Onlar qazın qiymətlərini daxili qiymətlə satılmasını istəyir. Bu, çox məntiqsiz mövqedir, yanaşmadır. Bu, bizim Avropa İttifaqı ilə sazişimizin imzalanmasını da yubadan əsas amillərdən biridir”.
Ekspert qeyd edib ki, Azərbaycanda qaz dünya bazarlarından qat-qat aşağı qiymətə əhaliyə satılır. O vurğulayıb ki, əhalinin sosial qayğısına qalmaq məqsədi daşıdığından bu siyasət çox müsbət qiymətləndirilməlidir: “Başqa ölkə olsa ölkəyə valyuta axını üçün xaricə satmağa daha çox üstünlük verərdi. Amma Azərbaycan qazı həm xaricə satmaq üçün geniş layihələr həyata keçirir, həm də daxildə vətəndaşın daha yaxşı, onun mənafeyinə, maddi maraqlarına uyğun şəkildə “mavi yanacaq”la təmin edilməsi siyasəti yürüdür. Bunlar bir araya sığan siyasətlər olmasa da, Azərbaycan hökuməti, dövləti bunu bacarır”.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ekspert-azerbaycan-vetendasin-maddi-maraqlarina-uygun-qazla-teminat

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR